“Dünya Amerika Birləşmiş Ştatlarından ibarət deyil” Dünya

“Dünya Amerika Birləşmiş Ştatlarından ibarət deyil”

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan iş adamı Rza Zərrabın ABŞ-da müttəhimlər kürsüsündə əyləşdiyi məhkəmə prosesində verdiyi ifadələrlə bağlı açıqlama verib. Ərdoğan "Məhkəmənin nəticəsi olursa olsun, biz doğrusunu etdik, embarqonu pozmadıq" deyib.
Türkiyə mətbuatının məlumatına görə, prezident bu sözləri bu gün Ədalət və İnkişaf partiyasının millət vəkilləri ilə keçirdiyi toplantıda söyləyib. Rəcəp Tayyip Ərdoğan embarqo ilə bağlı olaraq ABŞ qarşısında heç bir öhdəliklərinin olmadığını, İranla həm ticarət , həm də enerji sahəsində dərin münasibətlər qurduqlarını sözlərinə əlavə edib. "Dünya Amerika Birləşmiş Ştatlarından ibarət deyil" deyən Türkiyə prezidenti təpkisini dilə gətirib.
Bundan başqa Türkiyə prezidenti Cümhuriyyət Xalq parityasının sədri Kamal Kılıçdaroğlunun Ərdoğana yaxın adamların xaricə qeyri-qanuni olaraq valyuta sızdırması ilə bağlı iftiraları ilə əlaqədar onun bu həmləsinə görə layiqli cavabını alacağını bəyan edib.
Qeyd edək ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu əlində sənədlər olduğunu iddia etsə də, onları nə mətbuata, nə də prokurorluğa təqdim edə bilməyib. Bu da sənəd deyərək FETO-çuların Kamal Kılıçdaroğlunun əlinə verdiklərinin boş kağız parçası olduğunu göstərir. Bunu Kılıçdaroğlunun cəmi bir gün sonra "bi ortada bir cinayət olduğunu iddia etmirik" fikri də təsdiqləyir.
Onunu çıxışının ABŞ-da başlayan "Zərrab teatrı" ilə eyni vaxtda təsadüf etməsi isə Kılıçdaroğlunun da eyni şəbəkə tərəfindən idarə olunduğunu düşünməyə əsas verir. Məqsəd Türkiyəni "qaralamaq", Ankaranı ABŞ-ın (əslində beynəlxalq hərbi-maliyyə güclərinin) regiondakı planlarına maneə törətməməsi üçün neytrallaşdırmaqdı. Əsas hədəf isə "oyuncaq" kürd dövləti yaradaraq regionu daim gərginlikdə saxlamaaq, qanlı toqquşmaları davam etdirməkdir.