1641 terrorçu məhv edilib Dünya

1641 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 1641 terrorçu məhv edilib. TSQ-nın Suriyada əməliyyatın 31-ci gününə olan məlumatına görə son sutka ərzində keçirilən əməliyyatda İŞİD və PYD terror təşkilatının 27 üzvü məhv edilib. Həmçinin terrorçulara aid sığınacaq, mağara və silah-sursat anbarı olmaqla 15 hədəf məhv edilib.
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın qərbində yerləşən Racu bölgəsinə yaxın olan Yeki Dam, Şelta və Merseva kəndlərini PKK terror təşkilatından azad edib.
Eyni bölgədə olan Devil, Üst Hacıkanlı və Aşağı Hacıkanlı kəndləri də terrorçulardan azad edilib.
Türkiyə xüsusi təyinatlıları (Bordo bərəlilər) həmçinin Afrində PKK terror təşkilatının 3 əcnəbi döyüşçüsünü məhv edib.
Öldürülən terrorçular 1973-cü il təvəllüdlü Hollandiya vətəndaşı Syoerd Higer, 1993-cü il təvəllüdlü İspaniya vətəndaşı Samuel Prada Leon və 1977-ci il təvəllüdlü Fransa vətəndaşı Olivyer Fransis Jan Le Klainçedir.
Onların Əl Bab və Cerablusda gedən döyüşlərdə fəal iştirak etdiyi açıqlanıb. Hollandiya Xarici İşlrə Nazirliyi bu məlumatı təsdiq edib.
Türkiyənin Mardin Nusaybin rayonu ilə qarşı tərəfdə olan və hal-hazırda PKK-nın Suriya uzantısı olan YPG-nın mərkəzi Qamışlıda böyük bir partlayış baş verib. Məlumata görə ən azı beş nəfər ölüb, çoxlu sayda yaralı var. Olay Suriya Əsəd rejiminə aid SANA agentliyi tərəfindən də təsdiqlənib. Partlayışın səbəbi ilə əlaqədar hər hansı bir açıqlama gəlməyib. Mütəxəssislərin fikrinə görə partlayış İŞİD, yaxud YPG-PKK daxilindəki zidd görüşlü və müxalif qrupların biri tərəfindən törədilə bilər.
Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının Sincar üzrə rəsmisi Qədir Qaçaq "Anadolu" agentliyinə açıqlamasında deyib ki, PKK Mosulun Sincar mahalındakı yaraqlıları zorla Afrinə göndərir. "Sincarda Haşdi Şabi qruplaşması ilə PKK arasında həmrəylik var. Haşdi Şabi yaraqlıların toplu halında Afrinə göndərilməsi məsələsində PKK-ya kömək edir. Bu qruplaşmanın əsas məqsədi isə Sincarda vahid gücə çevrilməkdir", - Qədir Qaçaq bildirib.
Ankarada hökumət mənbələri son aylarda ABŞ-ın yeni bir planı haqqında danışmağa başlayıblar. PKK-nın ləğv edilərək PYD-nin çətiri altına daxil edilməsi planlaşdırılır. Plan ABŞ və Avropa İttifaqı ölkələrini "PKK terror təşkilatı ilə əməkdaşlıq edən tərəf" olmaqdan xilas etmək məqsədi daşıyır. Hökumətdə yer alan nazirlərdən birinin sözlərinə görə, ortamüddətli perspektivdə PKK-nın ləğvi müzakirə edilir: "Bu, ABŞ və Avropa ölkələrinin yeni bir layihəsidir. Suriyada PYD və YPG-ni gücləndirilmək, bu təşkilatlara demokratik bir struktur görüntüsü vermək və onlar üçün geniş meydan açmaqla PKK adından xilas olmaq layihənin əsas hədəfidir. Adı dəyişəcək, amma funksiyalarını bu iki strukturun içində davam etdirəcəklər. Beləliklə, Türkiyənin etirazlarının azaldılması və diqqətlərin başqa səmtə çevrilməsi təmin ediləcək", - o deyib.
Qeyd edilir ki, keçmişdə Şimali İraqda peşmərgələrlə bağlı həyata keçirilən plan Suriya sərhədində kürdləri yerləşdirmək üçün həyata keçirilir. Nazir qeyd edib ki, bu plan dövlət və hökumət səviyyəsində qiymətləndirilir. Üç gün əvvəl ABŞ-ın Türkiyəyə etdiyi "YPG-nin PKK-ya qarşı döyüşdürmək" təklifi (təklifi ABŞ-ın dövlət katibi Reks Tillerson Ankara səfəri zamanı səsləndirmişdi -red.) də hökumətdə bənzər planın bir parçası kimi xarakterizə edilir.
YPG döyüşçüləri Türkiyə Silahlı Qüvvələrinin qarşısını almaq üçün yeni cəhdlər edir. Terrorçular türk ordusunun hücum ehtimalını nəzərə alaraq, Qamışlı şəhərindəki bütün evləri boşaldıblar.
Bundan başqa, YPG şəhərdə xəndəklər qazaraq, barrikadalar qurub və dinc sakinlərin arasında özlərinə uşaq, gənc demədən məcburi şəkildə döyüşçülər seçməyə başlayıblar.
Suriya prosesində iştirak edən dövlətlər arasında da gərginliklər müşahidə edilir.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada keçirilən "Valday" klubunun Yaxın Şərq məsələsi üzrə konfransında çıxışı zamanı deyib ki, ABŞ Suriyanın şimalında yerləşən Tanfdakı qüvvələrini dərhal geri çəkməlidir.
O bildirib ki, ABŞ-ın Suriyadakı fəaliyyəti bu ölkəni parçalamağa yönəlib və bu işdə Vaşinqton kürdlərdən istifadə edir:
"Bu fəaliyyətdən çox narahatıq. Fikrimcə, ABŞ Suriyada yalnız İŞİD terror təşkilatı ilə mübarizə apardığını sübut edəcək addımlar atmalıdır".
İranın Ali dini lideri Əli Xameneyinn ali hərbi nümayəndəsi general Yəhya Rəhim Səfəvi isə Rusiyanın Suriyadakı varlığını örnək göstərərək, İranın da bu ölkədə pay haqqının olduğunu bildirib.
Tehrandakı konfranslardan birində çıxış edən Səfəvi İran dövlətinin Suriya müharibəsindəki xərclərini qarşılamaq üçün uzun müddətli razılaşmalar imzalamlı olduğunu deyib. O qeyd edib ki, Rusiya Suriya ilə bu cür anlaşmalar əldə edib: "Ruslar Suriyaya ilə 49 illik razılaşma imzalayıb. Həm hərbi bazaya sahib oldular, həm də siyasi və iqtisadi imtiyazlar əldə etdilər. Biz də belə etməliyik. Bu, xərclərimizi qarşılayacaq".

Əli