HƏMAS İsraillə atəşkəs rejiminin bərpa olunduğunu elan edib Dünya

HƏMAS İsraillə atəşkəs rejiminin bərpa olunduğunu elan edib

Qəzza zolağını idarə edən HƏMAS hərəkatı İsraillə atəşkəs rejiminin bərpasına dair razılıq əldə etdiklərini bildirib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb. Sənəddə bildirilib ki, çoxsaylı vasitəçiliyin səyi ilə qarşlıqlı olaraq, Qəzza zolağında atəşkəs rejiminə qayıtmaq haqqında razılıq əldə edilib. İsrail tərəfi məsələni hələlik təsdqiləməyib. Ancaq bu yaxınlarda ölkə rəsmiləri gərginliyin azaldılmasını istədiklərini dəfələrlə vurğulayıblar.
Qeyd edək ki, mayın 29-da İsrail hərbçiləri Qəzza zolağına və "Həmas" isə İsrail ərazisinə raket zərbələri endirib. İsrailin kəşfiyyat məsələləri üzrə naziri İsrael Kats Qəzza zolağında Fələstin silahlıları ilə atəşkəsə dair razılığın əldə olunmasını təkzib edib. TASS xəbər verir ki, nazir Fələstin tərəfinin, ilk növbədə, atəşkəsə əməl etməsinin vacibliyini vurğulayıb. O, Qəzza zolağından açılan atəşə cavab verəcəklərini bildirib.