“ABŞ dost və müttəfiqimiz İsraillə hər zaman yan-yana durur” Dünya

“ABŞ dost və müttəfiqimiz İsraillə hər zaman yan-yana durur”

"ABŞ dostu və müttəfiqi olan İsraillə hər zaman yan-yana duracaq. Fələstinlilər İsrail ilə birbaşa danışıqlara başlamağı rədd etdikləri müddətcə Tramp rəhbərliyi Fələstin Qurtuluş Təşkilatının ABŞ-dakı ofisini açıq saxlanmayacaq". Bu barədə Amerikanın "Wall Street Journal"-ı yazıb. ABŞ rəhbərliyinin Vaşinqtondakı Fələstin Qurtuluş Təşkilatının ofisini bağlamaq və Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatına edilən maliyyə yardımlarının tamamilə dayandırılacağına dair qərarın açıqlanacağı bildirilib.
Qəzetin yazdığına görə, Ağ Ev rəsmilərinə istinadən gedən xəbərdə sözügedən açıqlamanı Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun edəcəyi qeyd olunub. Mətndə verilən kiçik çıxarılışda bunlar qeyd edilib: "ABŞ, dost və müttəfiqimiz İsrail ilə hər zaman yan-yana durur. Fələstinlilər İsraillə birbaşa və həll yoluna yönələn danışıqlara başlamağı rədd edəcəkləri müddətcə, Tramp rəhbərliyi bu ofisi açıq saxlanmayacaq".
Digər tərəfdən, eyni açıqlamada Boltonun ABŞ və İsrailə qarşı istintaq başlaması halında Beynəlxalq Cəza Məhkəməsinə qarşı sanksiya qərarının əldə ediləcəyi də qeyd edilib. Məsələ ilə bağlı Ağ Evin də məlumatlı olduğu açıqlamanın ABŞ-ın Yaxın Şərq Sülh prosesinə necə təsir edəcəyi maraq doğurur.
Xatırladaq ki, ABŞ rəhbərliyi son olaraq Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) verdiyi maliyyə yardımları tamamilə dayandırmaq qərarı almışdı. ABŞ Prezidenti Donald Tramp, əvvəlki həftə verdiyi bir açıqlamada, Fələstin rəhbərliyi ABŞ-ın vasitəçiliyində İsraillə keçirilməsi nəzərdə tutulan sülh danışıqlarına qatılmağı qəbul edənə qədər Fələstinə maliyyə yardımı etməyəcəklərini də bildirmişdi.
Əsas məsələ isə Tramp rəhbərliyinin "Əsrin Müqaviləsi" adlandırdığı və İsrail-Fələstin münasibətlərinin həllinə hədəflənən bir plan üzərində işlədiyini açıqlamasına cavab olaraq Fələstin Dövlət Başçısı Mahmud Abbas isə bu planı "Əsrin şilləsi" kimi səciyyələndirib Amerikalı rəsmilərlə görüşməyi rədd etməsidir.