Ukrayna-Rusiya sərhədilə bağlı razılaşma Dünya

Ukrayna-Rusiya sərhədilə bağlı razılaşma

Ukrayna-Rusiya sərhədinin 3 nəzarət-buraxılış məntəqəsinin Rusiya hissəsində ukraynalı sərhədçilər və ATƏT müşahidəçiləri yerləşdiriləcəklər.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq razılıq Rusiya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirləri arasında əldə olunub. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Loran Fabius və Pavlo Klimkin arasında telefon danışığı iyunun 30-da axşam saatlarında baş tutub. Qeyd olunub ki, Moskva bu təşəbbüsü alqışlayır.