“Erməni polisi təzyiq alətinə çevrilib” Dünya

“Erməni polisi təzyiq alətinə çevrilib”

"Ermənistan polisi seçkiqabağı təzyiq alətinə çevrilib". Bu fikri Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasından deputatlığa namizəd Arpine Ovannisyan "Feysbuk" sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, Respublikaçılar Partiyasının silahdaşları, seçki qərargahının əməkdaşları və onların yaxınları partiyanın konkret seçki məntəqəsində 10-dan çox səs toplayacağı təqdirdə, onlara problem yaranacağına dair siqnallar alırlar: "Biz çoxları seçki gününədək (dekabrın 9-dək-red.) müvəqqəti olaraq, ölkəni tərk etməyə məcbur olurlar. Yeri gəlmişkən, sonuncu fikri sübut etmək çox asandır".
Bununla yanaşı A.Ovannisyan partiya üzvlərini qorxmamağa, konsolidasiya olunmağa və seçkiyə getməyə çağırıb: "Seçkiyə getməklə sübut edin ki, hakimiyyətin bizə qarşı qoyduğu çağırışları başa düşürük. Polis isə qanunsuzluğu dayandırmalıdır". Vitse-spiker ölkə üzrə cinayətlərin açılma dərəcəsinin 30 faiz aşağı düşməsinin də "polisin fəaliyyətsizliyi" ilə bağlı olduğunu vurğulayıb.