Ermənistan çətin duruma düşüb Dünya

Ermənistan çətin duruma düşüb

"Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına razı deyil". Erməni mətbuatına açıqlama verən Miras Partiyasının sədri Raffi Ovanesyan belə deyib.
Ovanesyan qeyd edib ki, Ermənistan Rusiya ilə əməkdaşlıq edə bilər, lakin Avrasiya İttifaqına daxil olmaqla müstəqilliyini itirməməlidir: "Sərkisyan hakimiyyəti quruma üzvlük məsələsilə əlaqədar Rusiyaya müsbət cavab verməsi üçün xalqın razılığına sahib deyil. Ermənistan AİB-ə üzv olmadan orada müşahidəçi qismində çıxış edə bilər. İndi Ermənistanın AİB-ə üzvlüyü məsələsi gecikir. Qurumu təşkil edən ölkələr bilirlər ki, Ermənistanın qeyri-legitim rəhbərliyi heç yana qaça bilməyəcək. Hara getsə də yenə onlara qayıdacaq. Belorusiya, Rusiya və Qazaxıstan Azərbaycanın tələblərinə görə Ermənistanı kənarda saxlayır. Onların maraqları Azərbaycanla üst-üstə düşür".