Ərdoğanın maşın karvanı qəzaya uğrayıb Dünya

Ərdoğanın maşın karvanı qəzaya uğrayıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Dənizliyə səfəri zamanı zəncirvari qəza baş verib.
APA TV-nin məlumatına görə, prezident seçkiləri ərəfəsində bölgələrə səfərini Dənizlidə davam etdirən baş naziri müşayiət edən avtomobil karvanındakı 6 maşın toqquşub.
Rəcəb Tayyib Ərdoğan Dənizliyə təyyarə ilə gedib. Onu hava limanından şəhər mərkəzinə aparan avtomobil karvanındakı bir neçə avtomobil yol ayrıcında qəzaya uğrayıb. Toqquşan avtomobillərdən bəzilərində mühafizəçilər olub.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzaya uğrayan avtomobildəkilər yollarına başqa avtomobillərlə davam ediblər. Hadisənin baş verdiyi yol bir müddət bağlı qalıb.