“TAP Yunanıstanın Rusiya qazından asılılığını azaldacaq” Dünya

“TAP Yunanıstanın Rusiya qazından asılılığını azaldacaq”

Transadriatik boru kəmərinin (TAP) istismara verilməsi Yunanıstanın Rusiya qazından asılılığını azaldacaq. Bunu dekabrın 13-də ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo Yunanıstanın xarici işlər nazirinin birinci müavini Yorqos Katruqalos ilə aparılan danışıqlardan sonra deyib. "Yunanıstanın TAP sayəsində əldə etdiyi "enerji axınlarının diversifikasiyası" Avropanın cənub bölgəsinin Rusiya qazından asılılığını azaldacaq. Yunanıstandan əlavə, Bolqarıstan da Rusiyadan daha az asılı ola biləcək", - deyə Pompeo bildirib.
Azərbaycan qazının Gürcüstan və Türkiyəyə, oradan isə Cənubi Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin layihə gücü 20 milyard kubmetrə qədərdir. Onun 2020-ci ildə istismara verilməsi planlaşdırılır. Daha əvvəl AYİB TAP-ın Qərbi Balkanlarda kömür istifadəsindən qaza keçidə yarıdm edəcəyini bəyan edib.