Cəlladlar işə qəbul olunur, maaşı... Dünya

Cəlladlar işə qəbul olunur, maaşı...

Şir-Lanka hökuməti 18-45 yaş arasında peşəkar cəlladlar üçün iş elanı verib. Bu ölkə aylıq 203 dollar maaş qarşılığında cəlladları işə götürür. Qeyd edək ki, Şir-Lanka filippinli narkotik tacirlərinə qarşı sərt tədbirlər həyata keçirmək üçün ölkədə böyük əməliyyatlar keçirməyə hazırlaşır. Bu səbəbdən də 43 ildən sonra ölkədə edam cəzasını yenidən bərpa edib.
Dövlət başçısı Maithripala Sirisena narkotacirlərin yaxın iki ay müddətinə edam olunmasına başlayacağını elan edib. Qeyd olunur ki, hazırda Şir-Lankada 25 narkotik taciri və 436 narkotiklə əlaqəli cinayətkar həbsdədir. Ölkənin rəsmi qəzeti "Daily News" aylıq 203 dollar masala cəlladların işə qəbul edildiyi haqda elan verib.
Elanda cəllad olmaq istəyən şəxslərin 18-45 yaş arası olması, ancaq kişi cinsinə mənsubluğu, habelə "mükəmməl əxlaqa və xarakterə" malik olması və əqli baxımdan sağlam olması şərtlərinin olduğu ifadə edilib. Xatırladaq ki, Şir-Lankada sonuncu cəllad 2014-cü ildə vəzifəsindən ayrılıb. Maraqlısı budur ki, bu cəllad karyerası boyunca heç kimi edam etməyib.