İvanişviliyə təhdid: Əsas rəqibi hərəkat yaradır Dünya

İvanişviliyə təhdid: Əsas rəqibi hərəkat yaradır

Gürcüstanın ikinci ən güclü adamı sayılan Mamuka Xazaradze ölkədə gərginliyin deeskalasiyası üçün ictimai hərəkat yaradılması bəyanatıyla çıxış edib.
Xazaradze bu fikirlərini öz Feysbuk səhifəsində paylaşıb.
“İctimaiyyətin cari proseslərdə aktiv iştirakı vacibdir və ona görə də fərqli sfera nümayəndələrini birləşdirəcək yeni ictimai hərəkatın əsasının qoyulmasını məqsədəuyğun hesab edirəm. Məhz bu gün sağlam, proqressiv və qərbyönlü ictimaiyyətin birləşməsi və konsolidasiyası mütləqdir. Aydındır ki, yalnız hökumət və ya siyasi partiyaların iştirakı ilə deeskalasiya əldə etmək mümkün olmur”, – deyə o bildirib.
Qeyd edək ki, Xazaradze “TBC Bank” və “TBC Holdinq”in rəhbəridir. Onun “TBC Holdinq”i həmçinin Anakliya limanının tikintisi ilə məşğul olur.
Xazaradze Bidzina İvanişvilidən sonra Gürcüstanın ikinci ən güclü şəxsi sayılır. Bir müddət əvvəl bu iki şəxs arasında münasibətlər gərginləşib. Münasibətlərin gərginləşməsinə səbəb hökumətin Xazaradzeyə təqiblərinin artmasıdır.