Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
23 İyul 2019 16:06
3 290
Türkiyənin Düzce şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində Akçakoca rayonunda itkin düşənlərdən beş nəfərin cəsədi artıq tapılıb.
AZƏRTAC xəbər verir ki, digər iki nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Quruda və suda aparılan axtarış-xilasetmə işlərinə 234 nəfərlik briqada cəlb olunub.
Bundan əlavə, 22 kəndin seldən zərər gördüyü bildirilir. Minlərlə hektar əkin sahəsi yararsız hala düşüb, 170 minə yaxın ev heyvanı tələf olub.
Hadisə nəticəsində 75-i ağır olmaqla 375 binaya zərər dəyib. Yüz ev isə tamamilə dağılıb.
Qeyd edək ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində şəhərin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib.
25 Sentyabr 17:59
721
25 Sentyabr 17:16
784
25 Sentyabr 14:37
784