Bölgədə sensasion gəlişmə: Türkiyəyə qarşı xain plan – General açıqladı Dünya

Bölgədə sensasion gəlişmə: Türkiyəyə qarşı xain plan – General açıqladı

“Qorxuram ki, Türkiyə və ABŞ arasındakı gərginlik “S-400” məsələsindən daha ciddi ola… Mənə qalsa, “S-400” daha kiçik mövzudur”.
Bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Ergin Sayqun deyib.
General bildirib ki, “S-400” problemi öz həllini tapsaydı, ABŞ Türkiyənin qarşısına yeni şərtlər qoyacaqdı:
“Məsələn, İranla əməkdaşlığın dayandırılması, Suriyanın şimalında kürd dövlətinin qurulmasına razılığın verilməsi kimi şərtlər irəli sürülə bilərdi. Bu şərtləri rədd etsək, Kipr yaxınlığında təbii qaz axtarışlarımıza mane olacaqlar. Yəni, məsələ “S-400” məsələsi və ya “F-35”-lərin Türkiyəyə verilməməsi deyil. Amerika Türkiyənin müstəqil xarici siyasət yürütməsindən məmnun deyil və ölkəmizin regional güc olmasını istəmir”.
Ergin Sayqunun sözlərinə görə, Türkiyə ABŞ-dan “F-35” qırıcıları alacağı halda Yaxın Şərqdə tarazlıq dəyişəcəkdi:
“İsrail havadakı üstünlüyünü itirəcəkdi. Amerika və Qərb üçün Yaxın Şərqdə iki önəmli məsələ var, biri İsrailin, ikincisi enerji mənbələrinin təhlükəsizliyidir.
Bölgədə İsrailə dost ölkə yoxdur, birini qura bilərlər, bu da müstəqil kürd dövlətidir. Amma bu da kifayət deyil, ilk növbədə İsrailin düşmənlərini zərərsizləşdirmək lazımdır, hamısını zərərsizləşdirdilər, indi isə növbədə Türkiyədir”.