İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib Dünya

İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib

İranın heç bir limanı, o cümlədən Buşehr və Çabahar limanları Rusiya və ya Hindistana verilməyib.
Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.
Ə.Rəbiinin sözlərinə görə, İran, Hindistan və Əfqanıstan arasında Çabahar limanı haqda müqavilə imzalanıb.
Hökümət rəsmisi əlavə edib ki, bu müqavilə əslində Hindistanla olan müqavilədir:
“Hindistanın bir şirkəti Şəhid Behişti limanının 5 fazasının 1-ci fazasını 10 il müddətinə istismar və idarə edəcək. Hindistan şirkəti limanın 1-ci fazasında 185 milyon dollar yatırım edəcək. Bu, limanın tam şəkildə hər hansı ölkəyə verilməsi mənasında deyil".
Qeyd edək ki, son günlər İranın Buşehr və Çabahar limanlarının tam şəkildə idarə olunmasının Rusiya və ya Hindistanın sərəncamına verilməsi ilə əlaqədar məlumatlar yayılıb.