İrandan Rusiyanı qəzəbləndirəcək bəyanat Dünya

İrandan Rusiyanı qəzəbləndirəcək bəyanat

"Nabucco" vasitəsilə Avropaya qaz ixrac etməyə hazır olduğunu bəyan edib

İran "Nabucco" kəməri vasitəsilə Avropaya qaz ixrac etməyə hazır olduğunu bildirib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu İran neft nazirinin beynəlxalq əlaqələr üzrə müavini Əli Məcidi deyib. O bildirib ki, artıq iki Avropa ölkəsi bu məsələ ilə bağlı İrana müraciət edib.
Məcidi qeyd edib ki, Avropanın enerji resursları təchizatını diversifikasiya etmək niyyətində olduğu bir zamanda İran öz qazını Avropaya "Nabucco" xətti ilə ixrac edə bilər. Nazir müavini əlavə edib ki, bu yaxınlarda İrana iki ölkənin nümayəndə heyəti səfər edib və onlar İran qazının Avropaya ixracatı ilə bağlı danışıqlar aparıblar. Hansı ölkələrdən müraciət olduğunu deməyən Məcidi qeyd edib ki, İran qazının ixracatı Türkiyə, İraq, Suriya, Qafqaz və Qara dəniz vasitəsilə reallaşacaq.