Kılıçdaroğluna qarşı qiyam Dünya

Kılıçdaroğluna qarşı qiyam

CHP-nin 100-dən artıq deputatı istefa tələbi qoyub

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu istefa getməyə çağırırlar. Bu barədə çərşənbə axşamı "Hürriyyət" qəzeti xəbər yayıb.
O da bildirilir ki, belə bir tələb ilə millət vəkili Əminə Ülkər Tarxan başda olmaqla CHP-nin parlamentdəki 100-dən artıq deputatı çıxış edib.
Cümhuriyyət Xalq Partiyasının üzvləri öz tələblərini onunla izah edirlər ki, Kılıçdaroğlunun yürütdüyü siyasət müxalifətin vahid namizədinin prezident seçkilərində tam məğlubiyyətinə gətirib çıxardı.
Cümhuriyyət Xalq Partiyası prezident seçkilərində prezident postuna İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunun namzidliyini irəli sürmüşdü.