Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
19 Noyabr 2019 14:10
2 345
Bildiyiniz kimi, ötən həftə Prezident Trampın dəvətilə ABŞ-a işgüzar səfər etdik. Məqsədimiz bu çətin dövrü hər iki ölkə üçün də uyğun şəkildə keçirməkdir. Görüş zamanı aramızdakı bir çox məsələyə köklü həll tapa bilməsək də, bu problemlərin münasibətlərimizi əsir götürməsinə izn verməyəcəyimizi bütün dünyaya göstərdik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Sistemin və siyasətin bütün təzyiqlərinə baxmayaraq, Prezident Tramp Türkiyə-ABŞ münasibətləri mövzusunda təşəbbüs göstərdi. Trampla ilk növbədə 100 milyard dollarlıq ticarət hədəfini təsdiqlədik. S-400-lərlə bağlı həll yolları axtarılması məsələsində Trampla razılaşdıq. Trampa ölkəmizin S-400 sistemindən imtina etməsinin mümkün olmadığı, kəskin təkidin Türkiyənin suverenlik haqlarına təcavüz anlamına gələcəyini söylədim.
F-35-lərlə bağlı qeyri-konstruktiv yanaşma davam etsə, başqa axtarışlara başlayarıq”, - Ərdoğan bildirib.
16 May 11:14
1 281
16 May 11:09
2 331
15 May 20:36
1 589