Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
5 Dekabr 2019 16:46
2 786
Gürcüstan hökuməti Mestia rayonunda yerləşən keçmiş prezident iqamətgahını elektron hərraca çıxarıb.
Report-un yerli bürosu xəbər verir ki, obyekt “Biznes üçün 100 investisiya təklifi” kampaniyası çərçivəsində satılır.
Özəlləşdirilməyə çıxarılan obyektə qeyri-kənd təsərrüfatı torpağı və orada yerləşən binalar daxildir.
Keçmiş iqamətgahı almaqda maraqlı olan şəxs və ya şirkət müqavilə imzalanandan 42 aydan çox olmayan müddətdə obyektin otel kimi fəaliyyət göstərməsini təmin etməlidir.
Obyektin başlanğıc qiyməti 1 840 000 lari (1 milyon manatdan çox) təşkil edir.
16 May 11:14
1 281
16 May 11:09
2 331
15 May 20:36
1 589