Paşinyan qərbyönlü politoloqu vəzifəyə gətirdi Dünya

Paşinyan qərbyönlü politoloqu vəzifəyə gətirdi

Ermənistan hökuməti Styopa Səfəryanı İctimai Şuranın sədri təyin edib.
Bu məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə, Səfəryanın namizədliyini Ermənistan Baş naziri Nikol Paşinyan irəli sürüb.
Qeyd edək ki, Səfəryan cari ilin avqustunda şuraya üzv seçilmişdi.
Səfəryan 2007-2012-ci illərdə İrs Partiyasından deputat seçilib. 2013-cü ildə isə İrəvan Şəhər Şurasının üzvü olub. 2014-cü ildə Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunu yaradıb. Qərbyönlü siyasətçi kimi tanınıb.
İctimai Şuranın rəhbəri Vazgen Manukyan bundan öncə istefaya gedib. O, istefasından sonra Paşinyan hökumətini tənqid edib. Bundan sonra o, müxalifətlə birgə “Vernatun” klubunu qurub.