Krım tatarlarının kütləvi qırğın planı Dünya

Krım tatarlarının kütləvi qırğın planı

Mustafa Cəmilov: "Ukraynaya qarşı hücumdan əvvəl ruslar Krım ərazisindəki 5-ci kolonu məhv etməyə hazırlaşırlar"

Rus işğalçıları Ukraynaya hücumdan əvvəl Krımda öldürülməli, oğurlanmalı insanların, ilk növbədə 5-ci kolon hesab etdikləri Krım tatarlarının siyahısını hazırlayırlar.
Kreml bu məqsədlə yarımadaya çeçen və dağıstanlılardan ibarət muzdlu qatillər göndərib.
Bunu Krım tatarlarının lideri Mustafa Cəmilov verdiyi açıqlamasında deyib.
"Bizdə məlumatlar var ki, Ukraynaya qarşı hücumdan əvvəl ruslar Krım ərazisindəki 5-ci kolonu məhv etməlidirlər. 5-ci kolonu da onlar Krım tatarlarını adlandırırlar. Öldürülməli və oğurlanmalı şəxslərin siyahısı hazırlanır. Bunun üçün Krıma çeçen və dağıstanlılar gətirilib. Düzdür, onlar tatarlarla döyüşmək istəməsələr də, ruslar onları buna məcbur edir. Onlar bizə deyir ki, bizi başa düşür və bizim haqq işimizi görürlər, lakin burdan gedə bilmirlər. Çünki onların ailəsi Kadırovun girovudur. Ona görə də, əgər nəsə başlasa, onlar deyilənləri etmək məcburiyyətindədirlər", - Cəmilov bildirib.