Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
Zaxarova: Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün əsaslı dialoq aparır
15 Yanvar 2020 12:28
2 296
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aralıq dənizində hərbi tarazlığı dəyişəcək həmlələr etməyə başlayıb”.
Bu barədə Yunanıstanda nəşr olunan “Ekathimerini” qəzetində dərc olunan analitik məqalədə bildirilib.
Məqalədə Türkiyə hökumətinin “Kanal İstanbul” layihəsi barədə məsələyə yer verilib. Qeyd edilib ki, Türkiyə bu proyekt vasitəsilə 1936-cı il tarixli Montrö sazişinin boğazlardan sərbəst keçidi müəyyən edən maddələri xaricində əlavə imkanlar əldə edəcək.
Prezident Ərdoğanın “Kanal İstanbul” layihəsi ilə geosiyasi şahmat taxtasında Türkiyənin rolunu böyütmək istədiyi bildirilib.
Müəllif qeyd edir ki, Türkiyə sözügedən proyektlə Aralıq dənizində nəqliyyat xətlərinə nəzarəti ələ keçirməklə yanaşı, bölgədə hərbi tarazlığı da öz xeyrinə dəyişə biləcək.
Rəsmi Afinanın qorxusunu dilə gətirildiyi analizdə Türkiyənin “Kanal İstanbul” vasitəsilə enerji tədarükü xətləri ilə yanaşı, Qərb və Rusiya gəmilərinin Qara dəniz və Çanaqqala boğazı arasındakı hərəkətlərinə də nəzarət imkanı əldə edəcəyinə diqqət çəkilib.