Bolqarıstanlı deputat koronavirusa yoluxub Dünya

Bolqarıstanlı deputat koronavirusa yoluxub

Bolqarıstan Parlamentinin deputatı koronavirusa yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Parlamentin spikeri Sveta Karayançeva bildirib.
O deyib ki, koronavirusa yoluxmuş deputat xəstəxanaya yerləşdirilib, bütün digər deputatlar və inzibati heyət təcili olaraq tibbi müayinədən keçiriləcək.
"Aprelin 2-də Parlamentin rəhbərliyi, deputatlar və virusa yoluxmuş deputatla əlaqəsi olmuş şəxslər tibbi müayinədən keçirələcək. Test nəticələrindən sonra Koronavirusun Yayılmasına Qarşı Mübarizə üzrə Milli Qərargahla müzakirədən sonra parlamentin gələcək işi ilə bağlı müvafiq qərar veriləcək", - deyə S. Karayançeva qeyd edib.
Aprelin 1-də Parlamentin büdcə və maliyyə komissiyasının iclasında hökumətin koronavirus pandemiyası ilə əlaqədar büdcə təklifi nəzərdən keçirməli idi, lakin komissiyanın iclası təxirə salınıb.
Qeyd edək ki, Bolqarıstanda koronavirusa yoluxanların sayı 412 nəfərdir. 20 nəfər artıq sağalıb, 8 nəfər vəfat edib.