1 Aprel 2020 16:40
2 128
İsveç əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər.
Bunu Stokholm Universitetinin professoru Tom Britton deyib.
“Aprelin sonuna İsveç əhalisinin yarısı, mayın sonuna isə üçdə ikisi koronavirusa yoluxacaq”, – deyə o bildirib.
Qeyd edək ki, İsveçdə koronavirusla bağlı karantin rejimi tətbiq edilmir. Hazırda ölkədə koronavirusa 4435 nəfər yoluxub, 180 nəfər bu virusdan ölüb.