Fəxrəddin Qoca: ““COVID-19”-la mübarizədə vəfat edən həkimlərimizə şəhid statusunun verilməsi gündəmdədir” Dünya

Fəxrəddin Qoca: ““COVID-19”-la mübarizədə vəfat edən həkimlərimizə şəhid statusunun verilməsi gündəmdədir”

“Xəstəliyə qarşı zəfər əldə etməyin yolu sosial hərəkətliliyi dayandırmaqdır. Ən təhlükəsiz yer evimizdir”.
Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı keçirdiyi brifinqdə bildirib.
Nazir deyib ki, Türkiyədə yeni növ koronavirusdan vəfat edənlərin 78 faizi 60 yaşdan yuxarı olanlardır: “Ölənlərimiz 60 yaşdan yuxarı insanlarımızdır və bu xəbərləri aldıqca nə qədər üzülürük. Cəmiyyətdə hansı insanın daşıyıcı olduğunu bilmirik, odur ki, insanların sıx olduğu yerlərdə maska geymək vacibdir. Gənclərin hərəkətliliyi də virusla mübarizədə ən rislki haldır”.
Nazir bildirib ki, koronavirusla əlaqədar vəfat edən səhiyyə işçilərinə “şəhid” statusunun verilməsi məsələsi qarşıdakı günlərdə müzakirə mövzusu olacaq.