Böyük Britaniyanın daha bir naziri koronavirus şübhəsilə özünü təcrid edib Dünya

Böyük Britaniyanın daha bir naziri koronavirus şübhəsilə özünü təcrid edib

Böyük Britaniyanın daha bir naziri koronavirus şübhəsilə özünü təcrid edib.
Böyük Britaniyanın Hökumət Kabinetinin naziri Maykl Gov bu barədə "Twitter"də bildirib.
"Xoş mesajlarınız üçün çox təşəkkür edirəm. Bazar günü ailəmin bir üzvündə koronavirusun yüngül simptomları özünü göstərməyə başladıqdan sonra mən də evdə özümü təcrid etmək qərarı vermişəm. Məndə hələlik heç bir simptom yoxdur və evdən normal qaydada işləməyə davam edirəm", - deyə britaniyalı nazir qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirus simptomlarının kəskinləşməsi ilə əlaqədar aprelin 5-də xəstəxanaya yerləşdirilib.
Ölkənin Səhiyyə naziri və onun müavinində də koronavirus aşkarlanıb, onlar da karantindədir.