Dünyada koronavirusa görə ölüm sayı durmadan artır Dünya

Dünyada koronavirusa görə ölüm sayı durmadan artır

Dünyada koronavirusa yoluxma sayı 1 601 984 nəfərə çatıb. Son statistikaya görə, bu dəhşətli virusdan ölənlər sayı isə 95731 nəfəri ötüb. Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 466 033 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 16 690 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyanı geridə qoyan İspaniyada virusa 153 222 nəfər yoluxub. Ölüm sayı isə rekord həddə 15 447 nəfərə yüksəlib. İtaliyada 143 626 nəfər isə COVİD – 19-dan əziyyət çəkir. Bu səbəblə dünyasını dəyişənlər isə 18 279 nəfərdir. Almaniyada 118 235 insan virusla mübarizə aparır. Onlardan 2 607 nəfər vəfat edib.
Fransada yoluxma sayı 118 783 , vəfat edənlərin sayı isə 12 228 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 4 110 nəfərdir. Qardaş ölkə Türkiyədə də nəticələr heç də ürək açan deyil. Son məlumatlara görə, ölkədə 42 282 nəfər virusa yoluxub. 908 nəfər isə bu səbəblə həyatını itirib. Digər ölkələrdə isə ölüm sayı İngiltərə 7993, İsveçrə 948, Belçika 2523, Hollandiya 2403, Kanada 509, Avstriya 295 nəfər olub.