Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
10 Aprel 2020 12:29
2 450
Pandemiya ilə mübarizə çərçivəsində milyonlarla dollar ianə verən "Bill & Melinda Gates" fondunun sədri Bill Geyts koronovirus haqda " Gates Financial Times" nəşrinə maraqlı açqılamalar verib. Bill Geyts virusu insanların həyatında baş verən ən böyük çətinliklərdən biri adlandırıb. Pandemiyadan dövlətlərin də dərs çıxardığını deyən Geyts erkən xəbərdarlıq sistemlərinin də həyatımıza daxil olmasını gözlədiyini qeyd edib. O, koronovirusa oxşar pandemiyanın hər 20 ildə bir qarşımıza çıxa biləcəyini, gələcəkdə belə hallara hazırlıqlı olacağımıza inandığını qeyd edib.
"Dünya müharibə üçün hazırlaşdığı ciddiyyətlə pandemiya üçün də hazırlanmalıdır" deyən Geyts nəzarətdən kənar bir elm adamının laboratoriyada çiçək xəstəliyinin daha ölümcül düsturunu hazırlaya biləcəyini bildirib. Qeyd edək ki, Bill Geyts və arvadı Melinda pandemiyaya qarşı mübarizədə 100 milyon dollar ianə veriblər.