NİİM Zığ şosesində rənglənmə işləri ilə bağlı sürücülərə müraciət edib Hadisə

NİİM Zığ şosesində rənglənmə işləri ilə bağlı sürücülərə müraciət edib

Hazırda Zığ şosesi hava limanı istiqamətində yolda aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlərin aparıldığı əraziyə yaxın məsafədə yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.

Bu barədə NİİM-dən məlumat verilib.

Xəbərə görə, hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 km/saatadək endirilib, digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında “X” işarələri aktivləşdirilib.

Sürücülərdən yolun sözügedən hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.