Gürcüstanın Azərbaycandan səfərlərdən gəliri 18%-dən çox artıb Hadisə

Gürcüstanın Azərbaycandan səfərlərdən gəliri 18%-dən çox artıb

Bu ilin üçüncü rübündə Azərbaycandan həyata keçirilən səfərlər Gürcüstana 78,8 milyon ABŞ dolları gəlir qazandırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə gəlir 18,6% artıb.

Hesabat dövründə Gürcüstanın beynəlxalq səfərlərdən əldə etdiyi ümumi gəlir 1 milyard 864,4 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 11,9% çoxdur.