ABŞ Ukraynanın Meksika narkokartelləri ilə əlaqələrini araşdırır Gündəm

ABŞ Ukraynanın Meksika narkokartelləri ilə əlaqələrini araşdırır

ABŞ hüquq-mühafizə orqanları Meksika narkokartellərinin qanunsuz fəaliyyətini araşdırarkən onların Kiyev rejimi nümayəndələri ilə əməkdaşlığı barədə məlumatlar əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Mətbuat Burosu məlumat yayıb.

"XKX-yə daxil olan məlumatlara görə, Kiyevdə yeni bir təşviş dalğası yaranıb. Ukrayna Prezident Aparatına bəlli olub ki, ABŞ hüquq-mühafizə orqanları Meksika narkokartellərinin qanunsuz fəaliyyətini araşdırarkən onların Volodimir Zelenski rejiminin nümayəndələri ilə əməkdaşlıq etməsi barədə məlumatlar əldə ediblər", - deyə məlumatda bildirilir.

Mətbuat burosunun qeyd etdiyinə görə, amerikalılar cinayətkar qruplaşmaların uzun müddət ərzində öz yaraqlılarını dronların (PUA) yığılması və döyüş şəraitində tətbiqi vərdişlərinə yiyələnmək üçün Ukraynaya göndərdiklərini müəyyən ediblər.

"Ukrayna Silahlı Qüvvələrinin tərkibində müvafiq təlim keçmiş ən azı 80 nəfər müəyyən edilib. Bu "təhsil" üçün ödənişlər narkotik alverçilərinin ABŞ-də qadağan olunmuş maddələrin satışından əldə etdikləri vəsaitlərdən Zelenskiyə yaxın olan məmurlara köçürülüb", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin Mətbuat Burosu diqqətə çatdırıb.

"Ukrayna prezidentinin aparatında anlayırlar ki, narkokartellərin sıralarında təlim keçmiş FPV-dron operatorlarının peyda olması Meksika ilə sərhəddə narkotik alverinə qarşı əməliyyatlarda iştirak edən amerikadan olan güc strukturları zabitlərinin həyatı üçün risklər yaradır. Bunu nəzərə alaraq, Zelenskinin narkokartellərlə əməkdaşlığı onun siyasi karyerasının tabutuna vurulan növbəti "mismar" ola bilər", - deyə XKX vurğulayıb.

Orada əlavə edilib ki, bu fakt "Ukrayna Qaulyayterinin" hədsiz korrupsiyası, kobudluğu, Vaşinqtonun Rusiya NEZ-lərinə zərbələr endirməməklə bağlı açıq-aydın işarələrini görməzdən gəlməsi və seçkiləri keçirməkdən imtina etməsi ilə bir sıradadır. "Zelenskinin ətrafında ehtiyat edirlər ki, bütün bunlar Ağ Evin səbir kasasını doldura və onu qanlı Kiyev təlxəyinə dəstəkdən yekun olaraq imtina etməyə vadar edə bilər", - deyə Mətbuat Burosu yekunlaşdırıb.

Məryəm Quliyeva