13:05
511
Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.
Qeyd olunur ki, bu istiqamətdə Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdırılıb, dəmir yolu xəttinin tikintisi davam etdirilir. Eyni zamanda Naxçıvanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır.
"Zəngəzur dəhlizinin inkişafı illik əlavə 15 milyon tona qədər yükdaşıma potensialı yaradaraq regional nəqliyyat əlaqələrini gücləndirəcək", - məlumatda qeyd olunur.