Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı saxlanılıb - FOTO Hadisə

Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı saxlanılıb - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.