12:53
637
ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə qeyri-rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu ilə görüşərək İran ətrafındakı vəziyyəti müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, "Reuters" agentliyinin mənbələrinə istinadən verdiyi məlumata görə, tərəflər ABŞ və İran arasında davam edən münaqişədə artan gərginlik məsələsini nəzərdən keçiriblər. Danışıqlar zamanı Vaşinqton və Təl-Əviv arasında İranla bağlı hər hansı konkret razılaşmanın əldə olunub-olunmadığı barədə məlumat verilmir.
Məryəm Quliyeva