11:58
469
“Bu gün Fransada baş verənlər dünyada proseslərin kifayət qədər mürəkkəb getdiyini və eyni zamanda Fransada baş verən proseslərin hansı istiqamətdə getdiyini açıq-aydın göstərir. Yəni bu gün Fransa öz tarixinin ən mürəkkəb dövrlərini yaşayır və ciddi problemlərlə üz-üzədir. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bizim gördüyümüz, müşahidə etdiyimiz bundan ibarətdir”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
C.Məmmədov qeyd edib ki, digər bir önəmli fakt isə bu gün Fransa polisinin, Fransa dövlət qurumlarının bu məsələnin qarşısının alınmasında aciz görünməsidir: “Açıq-aydın görünür ki, polis hazır deyil və bu proseslərin qarşısının alınması üçün heç bir idarəçiliyə və heç bir sistemə malik deyil. Əslində, bu, bir daha onu göstərir ki, Makronun bir dövlət başçısı kimi həyata keçirdiyi siyasət yarıtmazdır, bu siyasətdə ciddi problemlər var və bu problemlər də özünü bir çox istiqamətlərdə açıq-aydın göstərir. Təbii ki, bütün dünya da bu məsələləri diqqətlə izləyir. Bir daha qeyd edirəm, bu, Fransa Prezidenti Makronun bir neçə ildir həyata keçirdiyi yarıtmaz siyasətin nəticəsində yaranan bir reallıqdır”.
Röya İsrafilova