Koronavirus Ermənistanı çökdürür Dünya

Koronavirus Ermənistanı çökdürür

Virus orduya da yayılıb

Ermənistanda aprelin 13-ü saat 11:00-a olan məlumata görə, koronavirusa yoluxma hallarının ümumi sayı 1039-a çatıb. Bunu Ermənistanın Səhyyə Nazirliyi Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzi bildirib.
Son 1 gün ərzində daha 26 yeni yoluxma halı qeydə alınıb. Mərkəzin məlumatına görə, 211 nəfər müalicə olunub xəstəxanadan çıxıb, 14 pasient ölüb, hazırda 814 nəfər müalicə olunmaqdadır. Bu günədək ümumən Covid-19 virusuna keçirilən 7631 test mənfi nəticə verib.
Ermənistan Səhhiyyə Nazirliyinin statistikasına görə, koronavirusdan ölənlərin orta yaşı 76,2, xəstələrin orta yaşı isə 42-dir.
Koronavirusa yoluxma halı indiyədək bu infeksiyadan azad olan yeganə Ermənistan bölgəsi - Qeğarkunik rayonunda da aşkar olunub. Bu barədə rayonun rəhbəri Gnel Sanosyan bildirib.
Aprelin 10-da Ermənistanın Səhiyyə Nazirliyi koronavirusla bağlı 11 ölüm halının qeydə alındığını bildirmişdi.
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan edilib.
“Aprelin 1-dən ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb. Aprelin 12-nə kimi davam edəcək məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növləri və azad hərəkət etmək azadlıqlarına aiddir”-deyə, Vahid İnformasiya Mərkəzi bildirir.
Yeni qərara görə, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılır, dəmiryol nəqliyyatı və taksidən başqa.
Vətəndaşların bölgələrası hərəkəti məhdudlaşdırılır. Daha 1-2 istiqamətdən başqa, ev-iş yeri marşrutunda hərəkət etmək olar.
Şəxsi minik avtomobili ilə ailə və eyni şirkət (müəssisə) üzvləri daşına bilər.
İş yerinə yollanarkən müəssisə rəhbəri tərəfindən təqdim edilmiş sənəd olmalıdır.
Ermənistan parlamenti çərşənbə axşamı Mənim Addımım əksəriyyət təşkil edən iqtidar fraksiyasının səsləri hesabına ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Qanun layihəsini həmin gün Prezidient Armen Sarkisyan imzası ilə təsdiqləyib.
Hökumət koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın - hərəkət etdikləri yerlər, telefon danışıqları, yazışmaları - aşkarlanmasını təklif edir.
Müxalif fraksiyalar bu qanun layihəsinin demokratiya qaydalarına zidd, insan azadlıqlarının pozulması hesab edir və vətəndaşlar haqqında toplanan şəxsi informasiyanın gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsi yaratdığını deyirlər.
Hakimiyyət məlumatın yalnız koronavirusla mübarizə üçün istifadə ediləcəyi və yoluxma təhlükəsi ləğv edildikdən sonra bütün toplanan informasiyanın ləğv ediləcəyini bildirir.
Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkət etmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulması üçün inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulur.
Ərzaq məhsulları istehsal edən və onların satış nöqtələrindən, aptek və tibb müəssisələrindən başqa bütün idarə və təşkilatlar bağlanır.
Bayırda bir yerdə 2 nəfərdən artıq toplaşmaq, taksi və fərdi avtomobildə sürücü ilə bir yerdə iki nəfərdən artıq adamın olması qadağan edilir.
Vətəndaşlar xüsusi bildiriş vərəqəsi ilə mağazaya, aptekə, ehtiyacı olana baş çəkməyə və sairə yerlərə gedə bilərlər. Bundan başqa, bayıra çıxarkən pasport və ya şəxsiyyəti təsdiq edən hər hansı sənəd də olmalıdır.
Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın Facebook səhifəsində yazısına görə, Ermənistan Silahlı Qüvvələrində rəsmən 6 hərbçinin Covid-19 virusuna yoluxduğu təsdiq edilib.
Şuşan Stepanyanın sözlərinə görə, bütün bu 6 hərbçinin yoluxma mənbəyi eynidir, hərbçilərdən biri öz həyat yoldaşından yoluxub.
Ötən həftə Ermənistan hərbi hissələrindən birində Covid-19 virusu ilə bağlı test nəticəsində 3 hərbçinin yoluxduğu aşkar olub. Bu barədə Yerevanda jurnalistlərə Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib.
Tonoyanın sözlərinə görə, daha əvvəl hərbçilərdən birinin ailə üzvündə koronavirus xəstəliyi müəyyən edilibmiş.
Sözügedən hərbçilər təcrid edilib, onların vəziyyəti məqbul qiymətləndirilir, birinin azacıq temperaturu var, nazir Tonoyan deyib.
Hərbçilərlə yaxın təmasda olan şəxslər nəzarətə alınıb, həmin hərbi hissənin daha 32 hərbçisi Covid-19 testi keçib.