İran Ordusunda ümumilikdə 160 nəfər koronavirusa yoluxub, onlardan 3-ü vəfat edib Dünya

İran Ordusunda ümumilikdə 160 nəfər koronavirusa yoluxub, onlardan 3-ü vəfat edib

"İran Ordusunda koronavirusa yoluxanların ümumi sayı 160 nəfərdir, onlardan 3-ü həyatını itirib". APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ordusunun Koordinasiya Mərkəzinin sədri kontr-admiral Həbibullah Səyyari deyib. Onun sözlərinə görə, indiyə qədər ordu sıralarında 160 yoluxma qeydə alınıb ki, onlardan 120 nəfər müqavilə ilə çalışan mülki şəxs, 40-ı isə hərbçidir, yoluxanlardan 3-ü vəfat edib. Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 77 mini ötüb və virusdan 4 500-dən çox insan vəfat edib. Xatırladaq ki, bu gün İranda Silahlı Qüvvələr günüdür.