Britaniyanın Səhiyyə naziri: "Boris Conson sağalır" Dünya

Britaniyanın Səhiyyə naziri: "Boris Conson sağalır"

Böyük Britaniyanın Baş Naziri Boris Consonun səhhəti yaxşıdır. APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə bu barədə, Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib. "Mən əminəm ki, həkimlər tövsiyə etdiyi zaman Baş Nazir geri qayıdacaq. Bu qərar üçün Baş Nazir həkimləri ilə məsləhətləşmədir. Dünən onunla telefon əlaqəsi saxladım, o, çox yaxşı vəziyyətdədir və sağalır", - deyə Səhiyyə naziri qeyd edib. Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazirin ofisindən B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakteri daşıdığını bildiriblər. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında B. Conson reanimasiyadan palataya köçürülüb. Aprelin 12-də o, xəstəxanadan evə buraxılıb.