1 milyon manatdan artıq vəsaiti qanunsuz leqallaşdıran şəxslərə hökm oxunub
Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz Azərbaycanın uğur səhifələrini daha da zənginləşdirdi
Azərbaycana gəlmək istəyən İraq vətəndaşlarının çətinliklə üzləşməsi iddialarına aydınlıq gətirilib
İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib
27 Aprel 2020 16:57
2 443
Bir neçə gün bundan öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putin sərt siyasi bəyanatla çıxış edib. Bəyanat birbaşa olaraq həm də Ermənistanla, daha geniş mənada isə keçmiş sovet ölkləri, xüsusilə də Avrasiya inteqrasiya proseslərində iştirak edən dövlətlərlə əlaqəlidir.
Kremlin yanında dayanmış və Putin siyasətinin mahiyyətini çox yaxşı başa düşən rusiyalı məşhur ekspertlərdən biri, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru, siyasi ekspert Fyodor Lukyanov qeyd edib ki, burada söhbət SSRİ haqqında deyil.
“Aydındır ki, Sovet İttifaqının yenidən dirçəlməsi haqqında söhbət ola bilməz. Bu, gülməlidir. Putin qəribə fantaziyalar dünyasında yaşamır. Biz SSRİ-nin yenidən doğulması və ya yenidən doğulmaması səhifəsini artıq çevirmişik. Putinin sözlərini bu mənada şərh etmək lazımdır”, - deyə Lukyanov bildirib.