Gürcüstanda koronavirusa yoluxanların sayı 566 nəfərə çatıb Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 566 nəfərə çatıb

Gürcüstanda daha 27 nəfərdə yeni növ koronavirusa (COVID-19) yoluxma təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında məlumat yerləşdirilib. Bununla da ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 566-ya çatıb.

Məlumatda qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 5243 nəfər karantində saxlanılır, 550 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin, bildirilib ki, indiyədək virusa yoluxanlardan 184 nəfəri sağalıb, 6 nəfər isə dünyasını dəyişib.

Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.