Pakistan və Misir XİN rəhbərləri arasında telefon danışığı olub
14 Avqust 17:18
14 Avqust 17:18
14 Avqust 13:00
5 May 2020 13:21
1 946
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ölkə universitetlərinə və koronavirus infeksiyasına (COVID-19) qarşı peyvəndin hazırlanması ilə məşğul olan tədqiqat təşkilatlarına yönəlmiş kiberhücumların sayında ciddi artım olduğunu elan edib.
“APA-Economics”in “Securitylab”a istinadən verdiyi məlumata görə, kibercinayətkarlar xarici dövlətlərin, xüsusən də Çin və İranın dövlət qurumlarının adından istifadə etməklə tədqiqatçıların mühüm məlumatlarını oğurlamaq məqsədilə hücumlar təşkil edirlər.
Hazırda onlarla tibb müəssisəsi COVID-19 üzərində tədqiqat aparır, buna görə kibercinayətkarlar alimlərin fəaliyyəti ilə bağlı dəyərli məlumatı oğurlamağa çalışır. Lakin bu günədək heç bir uğurlu hücum qeydə alınmayıb.
NCSC koronavirus peyvəndinin üzərində iş aparan Oksford Universitetinin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir. Kiberhücumların sayının artmasına baxmayaraq, Böyük Britaniyada pandemiya zamanı kibertəhlükəsizliklə bağlı insidentlərin ümumi sayında artım müşahidə olunmayıb.
Pandemiya zamanı kibercinayətkarların fəallığı ötən ay qeydə alınıb. Belə ki, apreldə ABŞ FTB-nin direktor köməkçisi Tonya Uqoretz COVID-19-un üzərində tədqiqat işlərinin apardığını açıq elan edən bəzi qurumların çoxsaylı kiberhücumlara məruz qaldıqlarını bildirmişdir.
14 Avqust 22:47
553
14 Avqust 22:17
588
14 Avqust 21:07
658