İran koronavirusu yaymaqda ittiham olunur Dünya

İran koronavirusu yaymaqda ittiham olunur

İran koronavirus pandemiyasının Yaxın Şərqə yayılmasında ittiham olunur.
“BBC Ərəbcə” İranın “Mahan Air” aviaşirkətinin virusun Yaxın Şərqdə yayılmasında böyük rol oynadığını iddia edib.
“BBC Ərəbcə”nin müxbirləri təyyarə uçuşlarının müşahidə qeydlərinin analizini aparıb və “Mahan Air”in daxilindəki mənbələrlə müzakirə edib. Onlar bir çox region ölkəsinin İran tranzitli uçuşları qadağan etməsinə rəğmən, bu şirkətin təyyarələrinin yanvar-mart aylarında İranla İraq, Birləşmiş Ərəb Əmirlikləri və Suriya arasında yüzlərlə uçuş həyata keçirdiyini bildirib.
Qeyd edək ki, İran 31 yanvarda Çindən gələn bütün uçuşları dayandırmış, fevral və mart aylarında bir çox Yaxın Şərq ölkəsi İrana uçuşları dayandırmışdı. Lakin bu qadağalara rəğmən, “Mahan Air” reyslərini həyata keçirib. İddia olunur ki, hava yolu şirkətinin işçiləri cəza ilə təhdid edilərək susdurulub.