Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
7 May 2020 10:40
1 799
ABŞ-ın Nyu-York şəhərində 40-dan çox polis əməkdaşı yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
Bu barədə ötən gün ABC telekompaniyası Nyu-Yorkun polis şefi Dermot Şiyə istinadən məlumat yayıb.
Bildirilib ki, Nyu-Yorkda koronavirusdan həyatını itirən polis əməkdaşlarının sayı 41 nəfərə çatıb.
Qeyd olunub ki, 5,3 mindən polis və polis bölmələrində çalışan mülki əməkdaşlar koronavirusa yoluxub, onlardan 4779 nəfər sağalıb.
Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirus qurbanlarının sayı 74 mini keçib. Koronavirusa yoluxanların sayı 1 263 183 nəfər təşkil edir.
16 May 11:14
1 281
16 May 11:09
2 331
15 May 20:36
1 589