Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
18 May 2020 23:15
2 842
"Türkiyə Təhsil Nazirliyinin nəzdində olan məktəblərdə 2019-2020-ci tədris ilinin başa çatdırılmasına qərar verdik".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) bağlı nazirlərlə keçirilən videokonfransdan sonra belə bildirib.
Türkiyə Prezidenti deyib ki, yeni tədris ilinə ənənəvi qaydada sentyabr ayından başlanılacaq: "Universitetlərlə bağlı vəziyyəti daha əvvəlcədən Ali Təhsil Şurası açıqlayıb".
R.T.Ərdoğan onu da bildirib ki, dövlət və özəl körpələr evi - uşaq bağçaları 15 iyundan fəaliyyətə başlayacaq. COVID-19-la mübarizə tədbirlərilə əlaqədar nazirliklər və digər dövlət qurumlarının ağırlaşdırılmış iş rejimində fəaliyyəti isə davam edir.
16 May 11:14
1 337
16 May 11:09
2 429
15 May 20:36
1 638