Rusiya və Ermənistan arasında informasiya müharibəsi gedir Dünya

Rusiya və Ermənistan arasında informasiya müharibəsi gedir

Ötən həftə Paşinyan babasının şəklini öz “Facebook” səhifəsində yerləşdirdi və belə yazdı: “Paşinyan Nikol Arakeli 1913-1943. 138-ci atıcı Diviziyanın 554-cü atıcı Alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun”.
Bundan dərhal sonra rus KİV-lərindən biri, Rusiya Müdafiə Nazirliyinin İkinci Dünya müharibəsi zamanı itkin düşmüş və ölənlərin hamısının məlumatlarını özündə ehtiva edən Rusiya Müdafiə Nazirliyinin “Memorial” veb saytından istifadə edərək Nikol Paşinyanın babasının 1943-cü ildə öldüyünü, sənədlərində isə “Düşmənlə əməkdaşlıq” yazılması barədə məlumat dərc etdi.
“Hraparak” nəşri yazır ki, bunun ardından, Yenoqavan kəndindən olan və atasının adı Vardan olan başqa bir Nikol Paşinyanla əlaqəli olduğu bildirilməklə, yayılan məlumat yenidən saxtalaşdırılaraq inkar edildi.
“Baş nazir Paşinyanın babası Nikol Arakeli Paşinyan SSRİ ordusunda döyüşdüyü və naməlum şəraitdə itkin düşdüyü haqqında məlumat yayıldı. Mediya mənsublarının onu “Qaregin Njdeh legionunda vuruşan və Nasist Almaniyasına dəstək verən” Nikol Vardanoviç Paşinyanla qarışdırdığı bildirildi.
Saxta təkzib bütün erməni KİV-ləri tərəfində yayımlandı. Bir neçə gün sonra bir sıra Rusiya KİV-ləri, o cümlədən mk.ru, lenta.ru, rosbalt.ru, gazeta.ru və başqaları məlumatı fəal şəkildə yaymağa davam etdilər.
Narahat olmayın, bu, yalnız Rusiya ilə münasibətlərimizin rəzil vəziyyətdə olduğunu və yaxın gələcəkdə oxşar hadisələrin olacağından xəbər verir. Hələ ki, onlar bizə qarşı sadəcə informasiya müharibəsi aparırlar, sonra başqa müharibə formalarına keçəcəklər.
Əgər Ermənistan və Ermənistan hökuməti, anti-Rusiya siyasəti yürüdə bilir, Rusiya təşkilatlarına qarşı perespektivsiz cinayət işləri açmağa, şəxsi qisas hissindən irəli gələrək, günahlarını sübuta yetirmədən Rusiya prezidentinin və baş nazirinin dostlarını həbsdə saxlaya bilirlərsə, “cürəti” çatırsa, elə suverendirlərsə, bu zərbələrə tab gətirməyi də bacarmalıdırlar.
Eyni zamanda, ölkənin müqavimətini artırmaq və cəmiyyətinin maraqlarına təhlükə yaratmamağı bacarmaq lazımdır.
Əks təqdirdə, Paşinyanın şəxsi ambisiyalarının ölkəmizə və insanlarımıza çox ağır başa gəldiyi ortaya çıxır”, - deyə nəşr yazıb.