Kiyevdə həlak olanların xatirəsi Bakıda yad ediləcək Dünya

Kiyevdə həlak olanların xatirəsi Bakıda yad ediləcək

Ukraynanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının dəstəyi ilə Kiyevdəki hadisələr zamanı həlak olanların xatirəsinin yad edilməsi məqsədilə anım mərasimi keçiriləcək.
APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasim bu gün saat 11:00-da Bakının Kafedral Kilsəsində keçiriləcək.
Qeyd edək ki, son məlumatlara görə, Ukraynada toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.