22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
4 İyun 2020 00:07
2 149
“Pandemiyanın ikinci dalğa ilə qayıtmasını gözləmirik”.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.
1 iyundan Türkiyənin pandemiya ilə mübarizənin ikinci mərhələsinə daxil olduğunu deyən nazir bildirib ki, evlərdən kənarda sosial həyat nəzarətli və tələblərə uyğun davam etdiyi müddətdə təhlükə gözlənilməyəcək.
Çox iş yerlərinin fəaliyyətə başladığını bildirən nazir deyib ki, idman fəaliyyətində, restoranlarda, bazar və digər satış yerlərində yeni normallaşma qaydalarına riayət etmək vacibdir: “Normallaşma əvvəlki həyat tərzimizə qayıtmaq deyil, sosial məsafə, maska və gigiyenik tələblərə əməl etməklə sosial həyata qatılmaqdır. Restoranlarda 3-4 nəfərin bir arada oturmamasını, alış-veriş mərkəzlərində, geyim mağazalarında 3 saatdan artıq qalmamağı, liftlərdən istifadə edərkən 3 nəfərdən artıq minməməyi tövsiyə edirik”.
Nazir qeyd edib ki, hazırda Türkiyədə həftəsonları küçəyə çıxma qadağası da hazırda gözlənilmir, ancaq bu qərar qarşıdakı iki gündə COVID-19 infeksiyasının yayılma dərəcəsindən asılı olaraq davam edəcək: “Elm Qurumu 65 yaşdan yuxarı və 18 yaşdan aşağı olan vətəndaşlarımızın küçəyə çıxma məhdudiyyətinin aradan qaldırılmasını gələn həftə yenidən müzakirə edəcək”.
22 Dekabr 19:59
1 078
22 Dekabr 19:23
1 092
22 Dekabr 19:02
1 148