Mariya Zaxarova NATO ilə müharibənin başlanacağı ilə bağlı açıqlamaya münasibət bildirib
Erməni katolikosunun qardaşı və qardaşı oğlu barəsində cinayət işi məhkəməyə göndərilib
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir
Emin Əmrullayev: SAF-ın növbəti ildən ayrı bir fənn kimi tədris edilməsini planlaşdırırıq
5 İyun 2020 23:21
2 268
Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunda 5 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 21:06-da yerin 7 kilometr dərinliyində baş verib. Təkanlar ətraf vilayətlərdə də hiss olunub.
Malatya valisi bildirib ki, ərazidə dağıntı və itkilərlə bağlı zəlzələ olan ərazidə araşdırmalar davam edir, ancaq zərərlər barədə hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bu ilin 24 yanvarında Sivricədə 6.8 maqnitudalı zəlzələ olub, dağıntılar nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölmüşdü.