“Konstitusiya Məhkəməsinə edilən hücum dövlətin zəbtinə çevriləcəkdir” Dünya

“Konstitusiya Məhkəməsinə edilən hücum dövlətin zəbtinə çevriləcəkdir”

Erməni politoloq: “Bu vəziyyətdə siyasi proseslər avtomatik olaraq küçələrə axışacaq”

Paşinyan “Mənim addımım” fraksiyasını daha bir kollektiv cinayətə sövq edir.
Bu barədə erməni politoloq Andranik Tevanyan özünün "Facebook" səhifəsində yazıb.
Konstitusiya Məhkəməsinin bəzi üzvlərinin səlahiyyətlərinə xitam verən "Mənim addımım" fraksiyasının təqdim etdiyi layihəni şərh edən politoloq vurğulayıb ki, koronavirus Paşinyanın çox xoşuna gəlib.
"Epidemiya kontekstində fövqəladə vəziyyət tətbiq etdi, lakin bunu epidemiyanın yayılmasına qarşı təcili tədbirlər görmək üçün deyil, gücünü genişləndirmək, insanların hüquqlarını məhdudlaşdırmaq üçün etdi. Bir tərəfdən o, anti-qanuni addımlar atır, digər tərəfdən bu addımların qurbanlarına öz hüquqları uğrunda mübarizəni qadağan edir.
Paşinyan epidemiyanı Konstitusiya Məhkəməsini ələ keçirmə şansına çevirib. Bir neçə ay əvvəl Konstitusiya Məhkəməsini referendum yolu ilə “budka” kimi özəlləşdirmək istədi, indi isə “qanunla” bunu edir".
Tevanyan düşünür ki, əgər Paşinyanın Konstitusiya Məhkəməsini ələ keçirmək proqramı reallaşsa, bunun nəticəsində Ermənistanda xunta rejimi qurulacaqdır.
"O, bununla mövqeyini möhkəmləndirməyə çalışır. Lakin Konstitusiya Məhkəməsinə edilən hücum dövlətin zəbtinə çevriləcəkdir. Bu vəziyyətdə siyasi proseslər avtomatik olaraq küçələrə axışacaq. Nəticədə Paşinyanovski rejiminə qarşı mübarizə milli qurtuluşa çevriləcək”.