İranda daha 121 nəfər koronavirusdan ölüb Dünya

İranda daha 121 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində daha 121 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu günədək bu virusdan ölənlərin sayı 9 863 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 445 nəfər koronavirusa yoluxub. Bununla da bu virusa yoluxanların sayı 209 970 nəfərə çatıb. Virus daşıyıcılarından 2 846 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, indiyədək İranda 169 160 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,47 milyondan çox test həyata keçirilib.