Çavuşoğlu: “NATO-nun müttəfiqi Fransa Rusiyanın Liviyada iştirakını gücləndirmək üçün səy göstərir” Dünya

Çavuşoğlu: “NATO-nun müttəfiqi Fransa Rusiyanın Liviyada iştirakını gücləndirmək üçün səy göstərir”

“Fransa təxribatçı bir anlayışla Liviyadadır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə görüşdən sonra Ankarada keçirilən birgə mətbuat konfransında deyib.
“NATO Rusiyanı təhdid kimi qəbul edir, lakin NATO-nun müttəfiqi olan Fransa isə Rusiyanın Liviyada iştirakını gücləndirmək üçün səy göstərir”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.